SIĞORTA

13 Aprel

"A-Qrup Sığorta" şirkətinin yeni sədri kimdir ? - DOSYE + FOTO

Xəbər verdiyimiz kimi, "A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinin sədri Abas Miskərli təyin olunub.

Fins.az xəbər verir ki, A.Miskərlinin dosyesini təqdim edir:

1989-ci ildə Bakıda anadan olub.

2006-cı ildə №160 saylı orta məktəbi bitirib və həmin ildə “Biznes sahələrinin və istehsalatın idarə edilməsi” ixtisası üzrə Dövlət Neft Akademiyasına daxil olub. Bakalavr dərəcəsini aldıqdan sonra , 2014-cü ildə isə “Biznesin təşkili və idarə edilməsi (MBA)” ixtisası üzrə Qərb Universitetinin maqistr dərəcəsini alıb.

2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə  Dip.CII dərəcəsini alıb.

Karyerasına, tələbə olarkən, “Beynəlxalq Sığorta Şirkəti”-də satış şöbəsinin təcrübəçisi kimi başlamışdır. Beş il ərzində Korporativ sığorta şöbəsinin müdiri vəzifəsinə yüksəlib.

2012-ci ildə karyerasını “Alfa Sığorta” şirkətində sığorta və təkrarsığorta departamentinin direktoru vəzifəsində davam edib.

2015-ci ildə “AZSIĞORTA” şirkətinə dəvət alaraq Korporativ Sığorta departamentinin direktoru vəzifəsində çalışıb.

2019-cu ilin avqust ayından A-Group Sığorta şirkətində İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.