SIĞORTA

12 Aprel

Nazir müşaviri təyin olunan sığortaçının DOSYESİ - FOTO

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə daha bir müşavir təyin edib.

Fins.az xəbər verir ki, bu, Anar Bayramovdur.

A.Bayramovun dosyesini təqdim edirik:

1975-ci ildə Bakıda anadan olub.

1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Akademik Mir-Qasımov adına adlı təqaüd alıb. Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.

1998-ci ildə ABŞ-da Geriatriya üzrə proqram bitirmişdir (Case Western Reserve University, Cleveland).

1998-ci ildən MediClub klinikasında həkim vəzifəsində çalışıb.

2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Aspiranturanı bitirdikdən və elmi dərəcə aldıqdan sonra  Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində çalışıb.

2002-ci ildən tibbi sığortada lider olan A-Group Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb.

Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.

2009-cu ildən A-Group Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir. Bu müddət ərzində A-Group Sığorta Şirkəti stabil inkişaf, müştəri bazasının genişlənməsi, portfelin effektiv diversifikasiyası, müştəri yönümlü korporativ mədəniyyətin qurulmasına nail olub.

2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin Sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri ictimai vəzifələrdə çalışıb.

2010-cu ildən etibarən Avropa Yenidəngurma və İnkişaf Bankının Turn Around Management (TAM) Programının ekspertidir.  

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.

Səhiyyə sistemi, sığorta, maliyyə üzrə onlarla beynəlxalq seminar, konfrans və treyninglərin iştirakçısı olub.

Ailəlidir. Iki övladı var.