SIĞORTA

08 Aprel

Azərbaycanda sığortalı fermerlərin kredit alması ASANLAŞIR

Aqrar sığortanın tətbiqi nəticəsində bankların fermerlərə kredit ayırması daha da asanlaşacaq.

Fins.az xəbər verir ki, bu barədə “AccessBank”ın Mikro və Aqro Kreditlər Departamentinin rəhbəri Renat Hümbətov müsahibəsində bildirib.

"Azərbaycanda bir qədər əvvəl fəaliyyətə başlayan aqrar sığorta mexanizmi kənd təsərrüfatına kredit verən bank üçün təminat rolunu oynaya bilərmi?" - sualına cavab vrərkən R.Hümbətov bildirib ki, "kənd təsərrüfatında ən böyük riskin əkinin yanması və ya heyvanların tələfatı ilə əlaqəli olduğunu nəzərə alaraq, yeni aqrar sığorta mexanizminin yaradılması bizim üçün əlavə üstünlükdür. Bankın sığortalı fermerə kredit verməsi daha da asanlaşacaq, çünki bank əmin olacaq ki, müştərisi fors-major vəziyyətində borclarını ödəyə biləcək". FED