SIĞORTA

08 Aprel

Şirkət koronavirusa yoluxanlara 50 min manata yaxın sığorta ödənişi edib

“Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən 50 min manata yaxın sığorta ödənişi edilib.

Bunu “Atəşgah Həyat” Sığorta Şirkətində Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a deyib.

“Hazırda virusa yoluxma halları yenidən artıb. “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən 50 min manata yaxın sığorta ödənişi edilib. Gündən-günə əhalidə bu sığorta məhsuluna (“Antikoronavirus” məhsulu) tələbat artır. Dünya praktikası da göstərir ki, hər hansı bir şəxs bu virusa bir dəfə yoluxursa, bu onu ikinci dəfə yoluxmadan xilas etmir. Şəxsi təcrübəmizdə də belə halla qarşılaşmışıq: bir dəfə ödəniş əldə etmiş şəxs ikinci dəfə də yoluxub. Ona görə də biz başa düşürük ki, bu sığorta məhsulunun bazarda xüsusi rolu var və vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir”.

Tuncay Türbəndəzadə