“Əhalinin maddi tələblərini nəzərə alaraq, müxtəlif yaş qruplarına uyğun olaraq fərqli sığorta haqlarını özündə əks etdirən sığorta paketləri ortaya çıxarmışıq”
Bunu “Atəşgah Həyat” Sığorta Şirkətində Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a deyib.
Şirkətin rəsmisi “Antikoronavirus” məhsulunun sığorta paketinin qiymətləri haqqında məlumat verib.
“6 aylıq sığorta haqqı 19, 38 və 57 AZN təşkil edən üç növ sığorta paketi hazırlamışıq. Sığorta haqqı 19 manat təşkil edən paketdə sığorta məbləği 1000 manat təşkil edir. Yoluxma üzrə sublimit isə 250 AZN-dir. Sığorta haqqı 38 manat olan paketin sığorta məbləği isə 2000 manatdır. Yəni vətəndaş koronavirus və ya başqa bir səbəbdən vəfat edərsə, onun ailəsinin alacağı məbləğ 2000 manata bərabərdir. Virusa yoluxduğu halda isə 600 manat ala biləcək. Sığorta haqqı 57 AZN təşkil edən paketdə isə sığorta məbləği 3000, yoluxma üzrə isə 900 manat təşkil edəcək”.
“Digər bir sığorta paketimiz isə yaşı 51-60 arası olan vətəndaşlar üçün nəzərdə tutulub. Burada üç paketimiz var. Həmin paketlərin sığorta haqqı 33, 66 və 99 manat təşkil edir. 33 manatlıq sığorta haqqı ödənilməsi müqabilində maksimal ödəniş 1000 manat, 66 manatlıq sığorta haqqında maksimal məbləğ 2000 manat, 99 manatlıq sığorta haqqında isə bu, 3000 manatdır”
Tuncay Türbəndəzadə