SIĞORTA

08 Aprel

Sığorta bazarında koronavirusla bağlı ilk məhsul - DETALLAR

“Antikoronavirus” məhsulu bazarda bu qəbildən olan ilk məhsuldur və əhali arasında kifayət qədər böyük maraq yaradıb”

Bunu “Atəşgah Həyat” Sığorta Şirkətində Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a deyib.

Ş.Həsənovanın sözlərinə görə, koronavirus infeksiyası qlobal pandemiyadır və ölkəmizdə də bu virusun qarşısının alınması ilə bağlı intensiv şəkildə addımlar atılır və tədbirlərin görülməsi zərurət halını alıb.

“Bütün bunları düşünərək, ölkə rəhbərliyinin müəyyən mesajlarını nəzərə alaraq və şirkətimizin missiyasını əsas götürərək vətəndaşların bu virusa yoluxmaları nəticəsində qarşılaşacağı hər hansı tibbi riskləri və maliyyə xərclərini fikirləşib sosial yönümlü məhsul yaratmışıq.

“Atəşgah Həyat” Sığorta Şirkətin nümayəndəsi bildirib ki, müştərilərin sağlamlığını nəzərə alaraq COVID-19 virusunun vura biləcəyi zərərlərdən maddi təminat baxımından yanaşsaq, tam vaxtında atılmış addımdır.

“Yəni bu məhsul vasitəsilə virusa yoluxma halında “Atəşgah Həyat” Sığorta Şirkəti vətəndaşları maddi sıxıntılardan qorumuş olur. “Antikoronavirus” məhsulu bazarda bu qəbildən olan ilk məhsuldur və əhali arasında kifayət qədər böyük maraq yaradıb. Qısaca olaraq deyə bilərəm ki, “Antikoronavirus” həyat sığorta növünə aiddir və koronavirusa yoluxma və xəstənin istənilən səbəbdən ölümü halında sığorta təminatı təklif edir”.

Tuncay Türbəndəzadə