Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyatın yaşam sığortası üzrə 29 milyon 279 min manat sığorta haqqı toplanıb.
Həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 18 min manat və yaxud 11% çoxdur.
Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 50 milyon 57 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon 418 min manat və ya 2.4 dəfə artım deməkdir.