SIĞORTA

24 Fevral

\"Paşa Həyat\" sığorta şirkətinin \"Paşa Güvənliyi\"

Ailəmin PAŞA Güvənliyi sizin üçün hazırladığımız xüsusi sığorta məhsuludur.Bu məhsulu əldə etməklə Siz ailə üzvlərinizin (valideyin, həyat yoldaşı, övlad və digər) maliyyə sabitliyini 5 il ərzində qorumuş olursunuz.

20 AZN aylıq sığorta haqqı ödəməklə hər ay 533 AZN məbləğində istənilən səbəbdən ölüm və ya əlilliklə bağlı təminat əldə edə bilərsiniz.

Ailəmin PAŞA Güvənliyi məhsulunun üstünlükləri: - Sığorta haqqı və ya sığorta məbləği, həmçinin ödəniş şəklini müştəri özü müəyyən edir

- Sığorta hadisəsi baş verdikdə ödəniş birdəfəlik və ya aylıq bərabər hissələrlə faydalanan şəxsə ödənilə bilər

- 60.000 AZN və ya 30.000 USD-yə qədər təminatlar üçün müştəridən tibbi müayinə tələb edilmir

- Sığorta haqqını onlayn (e-pul.az, izim.az, kassam.az saytlarında) və partnyor bankların filiallarında ödəmək mümkündür

Məhsulun şərtləri:

- Məhsul üzrə aylıq sığorta haqqı minimum 10 AZN, müqavilə müddəti isə 1 il və daha çox ola bilər - Sığorta məbləği maksimum 500.000 AZN və ya 250.000 USD ola bilər - Sığorta haqqı aylıq və ya illik bərabər hissələrlə və yaxud əvvəlcədən birdəfəlik ödənilə bilər "Ailəmin PAŞA Güvənliyi" məhsulunu "PAŞA Həyat"ın ofisləri ilə yanaşı, "AGBank"ın filiallarından da əldə etmək mümkündür.