SIĞORTA

18 Fevral

Standart sığorta şirkəti ilin ən iri sığorta ödənişini edib

“Standard Insurance” irihəcimli sığorta ödənişi edib

Fins.az xəbər verir ki, Azərbaycan sığorta bazarının qabaqcıl şirkətlərindən olan “Standard Insurance” 2020-ci ildə Kasko sığorta növü üzrə ilk böyük sığorta ödənişini həyata keçirib.

Belə ki, 12 dekabr 2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “Standard Insurance” şirkəti tərəfindən “BMW M5” markalı avtomobilə dəyən zərər müəyyənləşdirilib və şirkət tərəfindən 55 000 AZN həcmində ödəniş edilib.