SIĞORTA

10 Fevral

\"Meqa Sığorta\" şirkəti gerilədi - RENKİNQ

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına görə, son bir illə müqayisədə “Meqa Sığorta”nın yığımlarında azalma qeydə alınıb.

Fins.az xəbər verir ki, 2018-ci ildə “Meqa Sığorta” tərəfindən 25,769 milyon manat həcmində sığorta haqqı toplanmışdırsa, 2019-cu ildə bu rəqəm 3,954 milyon manat azalaraq 21,815 milyon manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə “Meqa Sığorta” şirkəti 3,648 milyon manat ödəniş edib. 2019-cu ildə isə  bu rəqəm 1,382 milyon manat artaraq 5,030 milyon manat təşkil edib.