SIĞORTA

09 Fevral

AMB sığorta şirkətlərini qiymətləndirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda sığorta şirkətlərində qiymətləndirmələrə başlayacaq.

Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

"Bütövlükdə bazarda sabitlikdir. Ola bilsin ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik. Biz çalışacağıq ki, bazarda əhəmiyyətli canlanma olsun. Qarşımızda qoyulan əsas məsələ əhalinin, biznesin risklərinin sığortasını əhatə etməkdir. Bu da bir tərəfdən sığorta bazarının genişlənməsinə, digər tərəfdən isə həm əhalinin, həm də biznesin risklərinin azalmasına gətirib çıxaracaq. Dövlətin qoyduğu əsas məsələ odur ki, sığorta bazarı problemi özü həll etsin, onu dövlətin üzərinə qoymasın", - deyə E. Rüstəmob bildirib.

©APA