SIĞORTA

06 Fevral

"Standart sığorta" şirkətində daha bir MÜSABİQƏ

"Standart sığorta" şirkəti yeni rubrikaya start verib. 

Fins.az xəbər verir ki, bu gündən hər həftənin 3-cü günü şirkətin sosial şəbəkələrdəki səhifələrində "Standard Sual" rubrikası keçiriləcək.

Şirkətin instaqram səhifəsinə daxil olaraq suala düzgün cavab verilməlidir. Qalib gələn şəxslərə kinoya 2 nəfərlik bilet hədiyyə olunacaq. 

Qeyd edək ki, qaliblər random.org (təsadüfi yolla) vasitəsilə seçiləcək. Müsabiqə 9 fevral tarixinədək davam edəcək. Nəticələr 10 fevralda açıqlanacaq.