SIĞORTA

18 Yanvar

Sığorta şirkəti Şamaxıda nümayəndəlik açdı

Azərbaycanın sığorta şirkətlərindən biri olan “Standard Insurance” şirkəti Şamaxıda nümayəndəlik açıb.

Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi 65, ünvanında yerləşən yeni nümayəndəlik “Standard İnsurance” şirkətinin vahid brend konsepsiyasına uyğun şəkildə dizayn edilib.

Artıq Şamaxı sakinləri “Standard Insurance” şirkətinin təqdim etdiyi sığorta məhsullarından asanlıqla istifadə edəcəklər və yaranan problemləri operativ həll etmək imkanı əldə edəcəklər. Şamaxı əhalisi yeni nümayəndəliyə yaxınlaşaraq asanlıqla avtomobillərini, evlərini, sağlamlıqlarını sığortalaya bilərlər.

Bu gün şirkətin xidmət şəbəkəsinə Bakı filialları ilə yanaşı, Sumqayıtda, Mingəçevirdə, Sabirabadda, Şirvanda, Yevlaxda, Gəncədə, Qubada, Şəkidə, Cəlilabadda, Lənkəranda fəaliyyət göstərən nümayəndəlikləri də daxildir.