SIĞORTA

27 Dekabr

Xarici ölkə vətəndaşının Azərbaycanda qeydiyyatı üçün rüsum haqqı

Vergilər Nazirliyi qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istəyi ilə bağlı bildirir ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını nazirliyin rəsmi internet saytının "Bir pəncərə" bölməsinin eyniadlı pəncərəsindən əldə etmək lazımdır.

Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı aşağıdakı məbləğdə rüsumlar ödənilir:

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün-3 manat;

Digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.