İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib.
İclası giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda tətbiqi zamanı əldə olunan müsbət nəticələr barədə iştirakçılara məlumat verib. O ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqi və bu istiqamətdə görülən tədbirlərlə bağlı danışaraq, qarşıda duran vəzifələrin tezliklə səmərəli şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. İdarə Heyətinin sədri bildirib ki, tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq, əhalinin tibbi xidmətlərə əlçatanlığını və xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsini təmin etmək məqsədilə hər kəsin işlərə məsuliyyətlə yanaşması, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi mütləqdir.
Gündəlikdə duran məsələlərin müzakirəsini davam etdirən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi ixtisaslar üzrə işçiqruplarınıntibb müəssisələrinin idarəedilməsi və müəssisələrə nəzarət sisteminin möhkəmləndirilməsi məqsədilə yaradıldığını bildirib:“TƏBİB-in tabeliyinə verilmiş dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və standartlaşdırılması, eləcə də ölkədə tibbi kadr potensialınıngücləndirilməsiqarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Daha sonra iclasda işçi qrupların tərkibi və fəaliyyəti barədə çıxışlar olub.
İclas gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam edib.