Əsas xəbərlər
Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Sabaha olan HAVA PROQNOZU Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib Sığorta şirkətlərinin ÖDƏNİŞLƏRİ – RENKİNQ “Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan Yeni agentliyin yaradılması diplomların tanınmasında hansı rolu oynayacaq? Moskva aeroportlarında 70-dək reys təxirə salınıb və ya ləğv edilib “OPEC+” ölkələri dekabrdan gündəlik neft hasilatını 400 min barel artıra bilər

Sığorta işi ixtisası üzrə təhsil alan tələbə bu sahə üzrə iş perspektivlərindən danışdı – MÜSAHİBƏ

Fins.az sığorta mövzusunda maarifləndirmə işinə təkan vermək və bu sahəni təbliğ etmək məqsədilə yeni layihəyə başlayır. Bakı Biznes və Kooperasiya kollecində “Sığorta işi” ixtisasında təhsil alan tələbələrdən silsilə müsahibələr təqdim edəcəyik.

Bu layihənin ilk qonağı 2020-ci ildə Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbini bitirən, elə həmin il də Bakı Biznes və Kooperasiya kollecinin “Sığorta işi” ixtisasına qəbul olan Ağabəyli Elnarə İzzət qızıdır.

Necə oldu sığorta ixtisasını seçdiniz, qərarınızdan təəssüflük hissi keçirməmisiniz?

Qərarımdan heç təəssüflük hissi keçirməmişəm. Əksinə zaman keçdikcə, ixtisasımı daha çox sevməyə başlayıram. Sığortanı yaxşı mənimsədikcə, bu sahənin iqtisadiyyat üçün nə qədər əhəmiyyətli və vacib olduğunu anlayıram. Çünki sığortada insanları düşünmək və maddi itkilərində onlara dəstək olmaq var.

Dərsləriniz hansı formada olur, təsvir edə bilərsiniz?

Dərslərimiz hazırda əyani formadadır və bu bizim üçün daha xoşagələn və effektlidir. Dərslərimiz mühazirə və seminarlardan ibarətdir, lakin hər dərsimiz təlim formatında təşkil edilir. Mənim üçün səhnələşdirilmiş dərslərimiz daha maraqlı olur. Çünki bildiklərimi ifadə etmək, fikirlərimi şirkət əməkdaşı kimi qarşı tərəfə çatdırmaq mənə daha çox zövq verir.

Müəllimlərinizin sizlərə qarşı münasibətində və dərslərin təşkilində necə olmasını istəyirsiniz?

Çox istəyərəm ki, bütün fənnlərin seminar dərslərində, qrup şəklində yarışlar və səhnələşdirilmiş dərslər formatı tətbiq olunsun. Çünki bu zaman tələbələr dərsə daha diqqətli yanaşarlar, daha çox çalışarlar və daha aktiv olmağa cəhd göstərərlər. Bütün bu nəticələr isə onların öz ixtisasları üzrə daha çox maariflənməsinə, dərslərini daha dərindən qavramasına və imtahanlar zamanı daha yüksək nəticələrin əldə olunmasına yardım edər.

Ən çox sevdiyiniz tədris metodikası hansıdır, hansı ki, siz o metodika ilə daha rahat öyrənirsiniz?

Ən çox sevdiyim tədris metodikası, dərslərin proyektor vasitəsilə keçirilməsi və mövzumuzla bağlı videoların göstərilməsidir. Çünki bəzən kitablarda elmi cümlələrdən istifadə olunur ki, bunu da anlamaqda tələbələr çətinlik çəkirlər. Lakin biz həmin mövzu ilə bağlı bir neçə dəqiqəlik sadə videolara baxanda daha aydın və rahat şəkildə başa düşürük.

Bu ixtisası bitirdikdən sonra, özünüzü hansı şirkətdə və ya hansı vəzifədə görürsünüz?
Bildiyimiz kimi hazırda ölkəmizdə bir neçə sığorta şirkəti fəaliyyət göstərir. Lakin mənim diqqətimi daha çox çəkən şirkətlər, öz şirkətləri və sığorta məhsulları ilə bağlı video-roliklər hazırlayan və bizlərin faydalandığı şirkətlərdir. Çünki bu roliklərdə onlar öz əməkdaşlarını, şirkətlərinin satdığı sığorta xidmətlərini gözəl şəkildə təqdim edirlər ki, bu da mənim həmin şirkətlərə dair marağımı artırır. Və çox istəyirəm ki, təhsilimi bitirdikdən sonra həmin şirkətlərin bir əməkdaşı olum. (gülür)

Yeni çıxan dövlət qərarına əsasən subbakalavrlar imtahansız bakalavr təhsili ala bilərlər. Bakalavrda da bu ixtisası davam etdirmək istəyirsiniz?

Təəssüflər olsun ki, hazırki günümüzdə bakalavr təhsilində “Sığorta işi” ixtisası yoxdur. Əgər sığorta işi ixtisası olsaydı, təbbi ki, öz ixtisasımı seçərdim. Amma mən əminəm ki, bakalavr təhsilində bu ixtisas üzrə əlavə bilgilər almayacaqdım. Çünki bizim kollecdə bu ixtisas üzrə dərs keçən müəllimlərimiz hərşeyi aydın və gözəl şəkildə bizə öyrədiblər və öyrədirlər… Buna görə bütün müəllimlərimə minnətdaram!

Sizcə sığorta sektorunda hansı maarıfiləndirmə işləri aparılmalıdır?

Ölkəmizdə sığortaya olan təlabat günü-gündən artır. Bu da müsbət bir haldır, deməli vətəndaşlar öz məsuliyyətlərini anlayırlar. Mənə görə sığorta sektorunun daha da inkişaf etməsi üçün sığorta və onun faydaları haqqında elanlar, reklamlar və videolar hazırlansa daha yaxşı olar. Belə olduğu halda, insanlar sığortanın faydaları haqqında məlumatlara daha tez-tez rast gələcəklər ki, bu da sığortanın daha da inkişaf etməsinə və yeni növlərin yaranmasına səbəb olacaq.

Uğurlar diləyirik!

Çox sağ olun, minnətdaram. Fins.az saytına və bizə bu şəraiti yaradan kollecimizə təşəkkür edirəm!

SHARE THIS STORY

FacebookTelegramTwitter