Show

11 Mart

"Keşikçidağ" qoruğunda Novruz tədbiri keçirilib

Finss.az - “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda keçirilən tədbirin məqsədi Novruz dəyərlərinin yaşadılması, gənc nəslə aşılanması və qoruq ərazisindəki tarixi abidələrin tanıdılması olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, yerli idarə və təşkilatların nümayəndələri, gənc könüllülər, el ağsaqqalları və ziyalılar iştirak ediblər.

Mərasim qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətləri – saz, qara zurna, nağara və ud sədaları altında başlayıb. Kosa, Keçəl, Bahar qız və milli geyimli gənclər xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə daxil olublar. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Novruzun rəmzlərinə uyğun olaraq tütək sədaları və sayaçı sözləri altında qoyunlar ağıla gətirilib, bulaqdan su daşıyan qızların rəqsi, “Kosa-Keçəl” və “Dirədöymə” xalq oyunları, “Haxışta” və “Bayatı” söyləmələri, “Səməni”, “Uzundərə” və “Tərəkəmə” rəqsləri nümayiş olunub. At yarışının qalibinə isə kəlağayı hədiyyə edilib.

Tədbir Novruz tonqalının ətrafında “Yallı” rəqsi ilə başa çatıb.

Zemfira Ms
Finss.az