Finss.az - Netflix-in məşhur “Drive to Survive” serialının 7-ci mövsümü yayımlanıb.
Bu mövsümdə 2024 Formula 1 mövsümünün gərgin mübarizələri, Maks Verstappenin çempionluq uğrunda mübarizəsi, "Red Bull"un dominantlığı və komandalar arasındakı rəqabət əks olunub.
İlk dəfə olaraq serialda Bakı Şəhər Halqası, paytaxtımızın füsunkar mənzərələri və Azərbaycan mədəniyyəti də yer alıb.
Yeni mövsüm 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-Prisi ərəfəsində azarkeşlərin həyəcanını daha da artırmaq üçün yayımlanıb.


Zemfira Ms
Finss.az