Show

10 Mart

AMEA “Üzeyir Hacıbəyli fəxri diplomu” təsis edib

Finss.az - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi barədə qərar qəbul edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademiyada aparılan islahatlar çərçivəsində görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi və elmi fəaliyyətin stimullaşdırılması əsas istiqamətlərdən biridir. Bu təşəbbüs də Azərbaycanın elmi və mədəni irsinə töhfə verən alimləri təltif etmək məqsədini daşıyır.

Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ərəfəsində təsis edilən bu fəxri diplom dahi bəstəkarın xatirəsinin yaşadılmasına xidmət edəcək. Diplom yüksək elmi nailiyyətlərə imza atan görkəmli alimlərə təqdim olunacaq.

Zemfira Ms
Finss.az