Türkiyəli Məşhurların Vergi Bəyannamələri Araşdırılır: Uyğunsuzluqlar Aşkarlanıb
Türkiyədə tanınmış sənətçilərin gəlirləri ilə ödədikləri vergilər arasındakı fərqlər araşdırılır.
Finss.az xəbər verir ki, vergi orqanlarının apardığı yoxlamalar nəticəsində aktyorların qazancı ilə vergi ödənişləri arasında ciddi uyğunsuzluqlar aşkar edilib. Məlum olub ki, bəzi məşhurların illik gəliri olduqca yüksək olsa da, onlar ödəməli olduqları vergidən yayınırlar.
Bu çərçivədə 150-yə yaxın sənətçi və onların agentlikləri barəsində araşdırma aparılıb. Vergi bəyannamələri üzərində aparılan təhlillər zamanı bir aktyorun il ərzində 100 milyon lirədən çox qazancının qeydiyyatsız olduğu üzə çıxıb. Həmin şəxsin adı açıqlanmayıb.
Türkiyənin Ən Çox Qazanan Aktyorları:
- Kıvanç Tatlıtuğ – 466 milyon lirə (təxminən 22 milyon manat)
- Can Yaman – 311 milyon lirə (təxminən 15 milyon manat)
- Məryəm Üzərli – 311 milyon lirə (təxminən 15 milyon manat)
- Hande Erçel – 249 milyon lirə (təxminən 12 milyon manat)
- Serenay Sarıkaya – 186 milyon lirə (təxminən 9 milyon manat)
Vergi orqanları araşdırmanı davam etdirir və əldə edilən nəticələr əsasında müəyyən hüquqi addımların atılacağı gözlənilir.