Azerimed İşə Qəbul üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.
Vakansiya ilə bağlı şirkətdən Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.
Tələblər:
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
 - Təcrübə: Müvafiq sahədə minumum 3 il iş təcrübəsi;
 - Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
 - Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
 - Peşəkar ünsiyyət qurma bacarığı;
 - Yüksək səviyyədə təqdimat bacarığı;
 - İşgüzar yazışma əsaslarını bilməli;
 - Aktiv və komandada işləmək bacarığı.
 
Vəzifə öhdəlikləri:
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
 - Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
 - Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
 - İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
 - İşə qəbul üzrə statistikanın və analitikanın təşkili.
 
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
 - Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
 - Əmək haqqı: 800 – 1200 AZN
 
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Rəvanə Sərdarova
Fins.az
