PASHA Bank Risk Modelləşdirmə üzrə Kiçik Mütəxəssis vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasının həyata keçirilməsi;
 - Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak;
 - Modelin validasiya edilməsi, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanın toplanılması;
 - Model validasiyası üzrə test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data komandasına tədbirlər planının hazırlanması üzrə təkliflərin verilməsi;
 - Model sənədlərinin oxunulması və model metodologiyasının, datanın dərindən araşdırılması;
 - Modelin çatışmazlıqlarının, risklərinin müəyyən edilməsi, tədbirlər və model yenilənməsi üçün tövsiyələrin verilməsi;
 
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmləri, Statistika, Tətbiqi Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
 - İş təcrübəsi: Maliyyə və bank sahəsində data, model validasiyası üzrə minimum 2 il
 - Xarici dil: İngilis dili
 - Digər: Statistik modeləşdirmə üzrə biliklər
 - “Linear regression”, “Logistic Regression”, “Decision Tree” və ML (“Boosting”,
 - “Random Forest”) modellər üzrə təcrübə
 - R, Python, SQL ilə sərbəst işləmə bacarığı
 - Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı
 - Güclü ünsiyyət bacarıqları
 
Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.
