“Bank Respublika” ASC Sumqayıt və Xırdalan şəhərlərində yerləşən filialları üzrə Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
 - Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
 - Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
 - Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
 - Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
 - İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
 - Dil bilikləri: Azərbaycan dili (əla);
 - Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
 - Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
 - Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 fevral 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sumqayıt, Xırdalan) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
