Azərpoçt Risklərin idarə olunması üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Təşkilatın risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
 - Mümkün olan itkilərin baș vermə ehtimalını və həcmini hesablayaraq təşkilatın aktivlərini va kapitalını maksimum qoruyub saxlamaq;
 - Vəsaitlərin səmərəli idarə edilməsi üzrə rəylər və proqnozlar vermək;
 - Aparılan əməliyyatların risk əsaslı monitorinqi, təşkilatın requlyativ normalara riayət olunmasını təmin etmək;
 - Biznes proseslərin risk nöqtəyi nəzərindən giymətləndirilməsi
 - Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və cəmiyyətin balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində iştirak etmək;
 
Namizədə dair tələblər:
- Minimum 2 il iş təcrübəsi olan (maliyyə, risklərin idarə olunması, audit sahəsi üzrə arzuolunandır);
 - Yüksək səviyyədə MS Excel, Power BI proqram bilikləri;
 - Komandada işləmək bacarığı olan
 - Təqdimat və ünsiyyət bacarığı olan
 - Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
 - Sürətli öyrənmə qabiliyyəti
 - Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.
 
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Risklərin idarə olunması üzrə mütəxəssis” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər.
