Əsas xəbərlər
Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi

Türkiyənin məşhur biznes konsultantı Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi. 2 gün davam etmiş təlimlərdə Bankın biznes müştərilərinin cəlbi ilə məşğul olan əməkdaşları iştirak etdilər. Təlimlərdə əsasən orta və iri korporativ müştərilərin idarə edilməsi, effektiv kommunikasiya və müştəri tələblərinin müəyyən olunması mövzuları müzakirə olundu. 

AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev vurğuladı ki, Bankın əsas strategiyası məhz biznes müştərilərə xidmət etməkdir:”Biznes müştərilərimizə yüksək xidmət göstərmək başlıca hədəflərimizdən biridir. Bu səbəbdən Bank olaraq, əsas dəyərimizə – insan kapitalına invesitisiya edirik, komanda üzvlərinin inkişafı üçün təlim və seminarlar təşkil edirik. 2 gün ərzində Serkan bəy beynəlxalq biznes təcrübələri ilə bölüşdü, real keyslərədən nümunələr çəkdi və əməkdaşlarımızla birgə biznes proseslərin optimallaşdırılması üzərində çalışdılar. Təcrübə mübadiləsini kənardan izləmək çox maraqlıdır”.

Serkan Koç AccessBank-da keçdiyi təlimdə öyrətməklə yanaşı, özünün də yeni biliklər əldə etdiyini qeyd etdi:“Mən təlimlərdə qarşılıqlı təcrübə mübadiləsinə üstünlük verirəm. Bu mənə hər dəfə yeni biliklər əldeə etməkdə yardım edir. AccessBank əməkdaşları ilə satış və danışıqların aparılması sahələri üzrə müzakirələr apardıq. Təlim zamanı mən də yeni satış üsulları öyrəndim, əməkdaşların iş təcrübələri, real keysləri, yerli bazarın durumu ilə yaxından tanış oldum. AccessBank komandası ilə növbəti görüşləri böyük səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, 27 illik biznes təcrübəsinə malik Serkan Koç Türkiyə, Azərbaycan və Estoniyada bir neçə şirkətin rəhbəri olmaqla bərabər, həm də regionda tanınan konsultantdır. O, rəqəmsal strategiya üzrə məsləhətçi və uğurlu CEO olaraq, digital və biznes transformasiya, innovasiya mədəniyyəti və müştəriyönümlü yanaşmanın müxtəlif aspektləri mövzularında təlimlərlə çıxış edir.

SHARE THIS STORY

FacebookTelegramTwitter