Fins.az - Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokunda 19 quyu qazılıb.
Bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris, Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında məlumat verib.
Rassel Morris bildirib ki, 2024-cü ildə AÇG-də 18 quyunun qazılması planlaşdırılıb, lakin ilin sonunda bu göstərici 19-a çatıb.
Bundan əlavə, bu il də AÇG-də 19 quyunun qazılması planlaşdırılıb. Bu addımlar Azərbaycanın neft sektorunun inkişafı və regionda enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynayır.