Fins.az - ABŞ-n Dəmir və Polad İnstitutunun (AISI) açıqlamasına görə, 2025-ci ilin 1 fevralında başa çatan həftə ərzində ABŞ-da polad istehsalı 1,656,000 ton olub.
İstehsal güclərinin istifadə səviyyəsi isə 74,4% təşkil edib. Eyni həftə keçən il bu rəqəm 1,643,000 ton olmuş və istehsal güclərinin istifadə əmsalı 73,9% səviyyəsində idi.
Cari ilin istehsal göstəriciləri, keçən ilin eyni dövrü ilə müqayisədə 0,8% artım, lakin əvvəlki həftə ilə müqayisədə 0,9% azalma göstərir. Keçən həftə istehsal 1,641,000 ton, istehsal güclərinin istifadə səviyyəsi isə 73,7% olub.