SƏNAYE

03 Yanvar

Türkiyədə qara metal istehsalı artıb

Fins.az - Türkiyənin xam polad istehsalı 2024-cü ilin noyabr ayında keçən ilin müvafiq ayı ilə müqayisədə 0,7 faiz artaraq 3 milyon tona çatıb.

2024-cü ilin yanvar-noyabr aylarında istehsal illik əsasda11,2 faiz artaraq 33,9 milyon tona çatıb. Polad məmulatlarının ixracı 2024-cü ilin noyabr ayında kəmiyyətcə 13,6 faiz artaraq 967,3 min tona, dəyər olaraq isə 15,4 faiz artaraq 709 milyon dollara çatıb.

2024-cü ilin yanvar-noyabr dövründə ixrac 2023-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyətcə 29,1 faiz artaraq 12,1 milyon tona, dəyər etibarilə 15,3 faiz artaraq 8,9 milyard dollara çatıb.

Türkiyə polad sənayesi 2024-cü ildə ixrac bazarlarında güclü canlanma göstərib.