SƏNAYE

23 Dekabr

11 ayda 2,5 ton qızıl

Fins.az - 2024-cü ilin yanvar–noyabr ayları ərzində Azərbaycanda 2,5 tondan çox qızıl, 3 tondan çox gümüş istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildiriliur ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb, gümüş istehsalı isə 19,6 faiz azalıb.