SƏNAYE

17 Dekabr

Dekabr ayında Almaniyanın sənaye sektorunda aktivlik azalıb

Fins.az - Almaniyanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayı ilə müqayisədə dekabr ayında 43 bənd səviyyəsindən 42.5 bənd səviyyəsinə qədər geriləyib.

Analitiklər göstəricinin 43.1 bəndədək yüksələcəyini proqnozlaşdırmışdırlar. Qeyd etmək lazımdır ki, indeksin 50 bənd səviyyəsinin üzərində açıqlanması iqtisadi aktivliyin artımasını göstərir. Dekabr ayında ekspertlər tərəfindən Almaniyanın xidmət sektorunda PMI indeksinin 49.3 bənddən 49.5 bəndədək yüksələcəyi ehtimal olunsa da, göstərici proqnozları üstələyib və 51 bənd səviyyəsində dərc olunub.