SƏNAYE

16 Dekabr

Rusiya böyük bir uğura imza atdı

Fins.az - Rusiya, qərb ölkələrinin sanksiyalarına qarşı mübarizə apararkən, Hindistanla enerji sahəsində böyük bir müqavilə imzalayıb.

Bu müqavilə, Rusiyanın tarixində bağladığı ən böyük neft anlaşmalarından biri hesab olunur və iqtisadiyyat üçün əhəmiyyətli bir qələbədir.

Almaniyanın Frankfurter Rundschau nəşri, Moskvanın Hindistanla gündə 500 min barel xam neftin tədarükü ilə bağlı razılığa gəldiyini bildirir. Tədarüklər Hindistanın iri neft emalı şirkəti Reliance tərəfindən qəbul ediləcək. Bu, iki ölkə arasında bağlanmış ən böyük enerji müqaviləsi olaraq tarixi bir addım atılıb.

Bu razılaşma Rusiyanın enerji sahəsində qarşılaşdığı çətinlikləri aşmasına kömək edəcək. Çünki Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya bir çox ölkəyə neft ixracını dayandırmaq məcburiyyətində qalmışdı və yeni alıcılar tapmağa çalışırdı. Hindistan, artıq Rusiyanın xam neftinin ən böyük idxalçısıdır, beləliklə, Asiya ölkəsi Avropa İttifaqını əvəz etmiş oldu.

Alman mütəxəssisləri hesab edirlər ki, bu müqavilə Rusiyaya illik milyardlarla dollar gəlir gətirəcək. Müqavilə yanvar ayında tətbiq oluna bilər və bu, Rusiyanın sanksiyalar altında yaşadığı iqtisadi təzyiqləri azaldacaq bir addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Hindistanın neft emalı müəssisələri, Avropaya neft məhsulları tədarükünü əhəmiyyətli dərəcədə artırıb. Aİ bu il Hindistandan aldığı məhsullar üçün 20% daha çox ödəniş edib, bu da Hindistanın gəlirlərinin artmasına səbəb olub.