SƏNAYE

12 Dekabr

Azərbaycanda gündəlik neft hasilatı: Noyabr göstəriciləri və OPEC+ kvotası

2024-cü ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 483 min barel olub ki, bu da oktyabr ayının göstəricisindən 3 min barel azdır.

Bu barədə Fins.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən:

  • Avqust ayında gündəlik neft hasilatı 482 min barel,
  • Sentyabr ayında 488 min barel,
  • Oktyabr ayında isə 486 min barel təşkil edib.

Üçüncü rübdə orta gündəlik hasilat 486 min barel, ikinci rübdə 475 min barel, birinci rübdə isə 477 min barel olub.

Xatırladaq ki, "OPEC+" çərçivəsində Azərbaycanın hasilat kvotası 551 min barel olaraq müəyyən edilib. Noyabr ayı üçün bu kvotadan 68 min barel geridə qalınıb. Bu fərq Azərbaycanın hasilat hədəflərini tam yerinə yetirə bilmədiyini göstərir.

Fuad Mədətov
Fins.az