İstanbul Qara və Əlvan Metallar İxracatçıları Birliyinin (İDDMİB) hazırladığı Türkiyə metallurgiya sənayesi ixracının mühüm göstəricisi olan “Türkiyə Metallurgiya Sənayesi İxrac İndeksi TR-METALENDEKS”in noyabr ayı nəticələri açıqlanıb.
Fins.az xəbər verir ki, noyabr ayında TR-METALENDEKS-ə qlobal bazarlardakı tənəzzül, geosiyasi və siyasi hadisələr, eləcə də daxili iqtisadi siyasət mənfi təsir göstərib.
Metallurgiya sənayesinin ixrac həcmləri indeksi oktyabrda yüksəldikdən sonra yenidən aşağıya doğru dönüb.
Oktyabrda indeks 137,3 punktdan noyabrda 131,3 punkta düşüb.
Noyabrda ixrac dəyər indeksi 166,5 punktdan 158,1 punktadək azalıb.