Rusiyada metil spirti (metanol) istehsalını və dövriyyəsini qanuni çərçivəyə salmaq məqsədilə yeni qanun layihəsi hazırlanıb. Dövlət Dumasının Dövlət Tikinti və Qanunvericilik Komitəsi bu qanunun birinci oxunuşda qəbul edilməsini tövsiyə edib.
Fins.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən:
- Reyestr yaradılacaq: Metil spirti istehsal edən, satan, daşıyan və istifadə edən təşkilatlar xüsusi dövlət reyestrinə daxil ediləcək.
- Qanunsuz dövriyyəyə cərimələr: Reyestrdən kənar fəaliyyət göstərən təşkilatlar və fərdi sahibkarlar 500 min – 1 milyon rubl arasında cərimələnəcək və 2-3 il müddətinə fəaliyyət qadağası ilə üzləşə bilərlər. Cərimə məbləği, illik gəlirin 20%-i səviyyəsində, lakin ən azı 3 milyon rubl olacaq.
- Fiziki şəxslər üçün cərimələr: Qanunsuz metanol dövriyyəsi ilə məşğul olan şəxslər 30-50 min rubl cərimə ödəyəcək.
- Qaydaları pozan reyestr iştirakçıları: İlk pozuntu zamanı şirkətlərə 100-150 min rubl, təkrar pozuntuda isə 150-200 min rubl cərimə tətbiq ediləcək.
Bu qanun layihəsi, hər il Rusiyada metanol zəhərlənməsi səbəbindən təxminən 2 min insanın həyatını itirməsi və saxta məhsullarla əlaqədar artan təhlükələri azaltmaq məqsədi daşıyır. Xüsusilə, 2023-cü ilin yayında ersatz sidrindən zəhərlənən yüzdən çox insanın yarısının ölməsi bu addımların vacibliyini vurğulayıb.
Layihənin həmmüəllifi Sergey Ryabuxin, qanunun etil spirti dövriyyəsi ilə bağlı nəzarət tədbirləri qədər ciddi olmalı olduğunu qeyd edib. Hazırda metanolun dövriyyəsinə Səhiyyə Nazirliyi nəzarət edir, lakin bu məsuliyyətin Sənaye və Ticarət Nazirliyinə ötürülməsi planlaşdırılır.
Yaxın günlərdə qanun layihəsinin plenar iclasda müzakirəsi gözlənilir.
Zemfira Ms
Fins.az