SƏNAYE

09 Dekabr

10 ayda Çexiyaya 900 milyon dollarlıq neft məhsulları ixrac olunub

Fins.az - Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çexiyaya 900,8 milyon ABŞ dolları dəyərində 1,43 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 37,8 faiz və ya 247,1 milyon dollar, həcm baxımından isə 31,6 faiz və ya 344,7 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 2-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,96 faizi məhz bu ölkənin payına düşüb.