“Gl Group” Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 metr dərinlikdə horizontal neft quyusunun qazılmasına hazırlaşır.
Fins.az xəbər verir ki, quyunun horizontal hissəsi təxminən 400 metr olacaq və neft yataqları bu dərinlikdə yerləşir. Layihə Salyan rayonundakı Kürsəngi və Qarabağlı yataqlarında həyata keçirilir. Bu, 14 illik fasilədən sonra həmin yataqlarda qazma işlərinin bərpasını simvolizə edir və üç mürəkkəb dərin quyu qazılmasını nəzərdə tutur.
Artıq qazma xidmətləri üçün tender elan edilib.
“GL Group” hazırda Azərbaycanda beş neft-qaz yatağını idarə edir: Kürsəngi, Qarabağlı, Buzovna-Maştağa, Qala və Zirə.