SƏNAYE

06 Dekabr

Azərbaycanda 40-a yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası prosesi bu ilin noyabrından etibarən başlanılıb. Artıq 40-a yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib və 10-dan çox ərizəçiyə birdəfəlik ödənişlər həyata keçirilib.

Fins.az bu barədə "Təmiz Şəhər" ASC-nin Nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınovun açıqlamalarına istinadən istinadən xəbər verir.

O açıqlamalarında bildirib ki, utilizasiya könüllülük prinsipi ilə həyata keçirilir və bu proses üçün xüsusi portal yaradılıb. Nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq uçotdan çıxarılmalı və utilizatora təhvil verilməlidir.

Bu il tətbiq olunan qanunvericiliyə əsasən, utilizasiyaya verilən nəqliyyat vasitələrinin sahibləri yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ əldə edirlər.

Bu addım, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən və nəqliyyat vasitələrinin istifadəyə verilməsini təşviq edən genişmiqyaslı proqramın bir hissəsidir.