Fins.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları (1,19%) azalarak 75,4 ABŞ dollarına düşüb.
Eyni zamanda, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 72,09 ABŞ dolları olaraq müəyyən edilib.
Azərbaycanın 2024-cü il dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları olaraq nəzərdə tutulub. "
Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Neft, əsasən "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir, burada SOCAR-ın payı 25%-dir.