SƏNAYE

06 Dekabr

Avropada qaz qiymətləri noyabrda 21% artıb

Avropada qazın qiyməti noyabr ayında 21% artıb.

Fins.az xəbər verir ki, qiymət artımına səbəb olaraq, regionda havaların kəskin soyuması, Avstriyanın OMV şirkətinin Rusiyadan qaz axınının dayandırılacağı barədə bəyanatı və ABŞ-ın "Qazprom" şirkətinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı tədarük risklərinin artması göstərilir.

Bundan əlavə, Avropa ölkələri qaz anbarlarından rekord miqdarda qaz çıxarılmasına başladığı üçün tədarük vəziyyəti gərginləşib.

Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatları 87 faizdən azdır və oktyabrın sonlarından bəri 11 milyard kubmetr qaz çıxarılıb.

Meteoroloqlar isə regionda son illərin ən soyuq qışını proqnozlaşdırır. Hazırda anbarlarda təxminən 96 milyard kubmetr qaz qalıb.