SƏNAYE

06 Dekabr

OPEC+ üzvləri yeni razılaşma əldə edib

OPEC+ ölkələri 2026-cı ilin sonunadək gündəlik 39,7 milyon barrel xam neft hasilatı ilə bağlı razılaşma əldə edib.

Fins.az bu barədə Energetika naziri Pərviz Şahbazovun açıqlamalarına istinadən xəbər verir.

Nazir, bu müddət ərzində Azərbaycanın hasilat kvotasının dəyişməyəcəyini açıqlayıb.

Eyni zamanda, 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrınadək davam etdirəcək. 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ixtisarlar 2026-cı ilin sentyabrına qədər mərhələli şəkildə ləğv ediləcək.

Razılaşmaların qlobal neft bazarının dayanıqlığını və neft sənayesinin davamlı inkişafını təmin etmək məqsədi daşıdığı vurğulanıb.