SƏNAYE

06 Dekabr

Rusiyanın Türkiyəyə qara metal və alüminium ixracı artıb

Fins.az - Rusiyanın oktyabr ayında Türkiyəyə polad və alüminium ixracı əhəmiyyətli dərəcədə artıb.

Türkiyə Statistika İnstitutunun (TurkStat) açıqladığı məlumata görə, bu, may ayından bəri ən yüksək aylıq ixrac həcmi olub.

Oktyabr ayında Rusiyanın Türkiyəyə dəmir və polad ixracı 218,6 milyon dollar olub ki, bu da sentyabr ayına nisbətən 4% artım göstərir. Eyni zamanda, dəmir və polad məmulatlarının satışı da əhəmiyyətli dərəcədə yüksələrək 32,4 milyon dollara çatıb. Bu, sentyabr ayında 23,6 milyon dollar idi.

Rusiyanın Türkiyəyə dəmir və polad ixracında Çin'dən sonra ikinci ən böyük təchizatçı olduğunu bildirən məlumatda, Çin’in bu dövrdə 346,2 milyon dollarlıq ixrac etdiyi qeyd olunub.

Rusiyanın alüminium ixracı da artıb. Rusiya, Hindistandan sonra Türkiyəyə alüminium ixracında ikinci ən böyük təchizatçı olub. Hindistan bu dövrdə 91,4 milyon dollar dəyərində alüminium ixrac etmişdir.