Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 5,073 milyon barel azalaraq 423,375 milyon barel təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Əvvəlcə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1,6 milyon barel azalacağını proqnozlaşdırırdılar.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.