Pakistan Rusiyaya neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak üçün müraciət edib.
Fins.az "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclasının yekunları ilə bağlı danışan iki ölkənin energetika nazirləri məlumat veriblər.
"Neft təchizatını həyata keçiririk. NEZ-in yenidən qurulmasında iştirak məsələsini müzakirə etdik. Rusiya şirkətlərinin Pakistan ərazisində neft və qaz sahəsində iştirakının digər imkanlarını nəzərdən keçiririk", - Rusiyanın energetika naziri Sergey Tsivilyev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, tərəflər dəmir yolu daşımaları üçün "Şimal-Cənub" dəhlizindən istifadə imkanını, həmçinin İslamabadla Moskva arasında birbaşa uçuşların təşkili perspektivini müzakirə ediblər.
Pakistanın energetika naziri Avays Leqari isə bildirib ki, ölkəsi üçün əlavə neft emalı imkanlarının yaradılması vacibdir: “Pakistan Rusiyadan investisiyaların cəlb edilməsində maraqlıdır”.