SƏNAYE

26 Noyabr

Yeni keramik plitə istehsalına başlanılıb

Fins.az xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azərbaycan Vanhong Ceramics Co.” MMC ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalını həyata keçirir. Yeni məhsullar üç ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsal olunur və əsasən evlərin çöl sahələri üçün nəzərdə tutulub.

2023-cü ilin oktyabrında fəaliyyətə başlayan Çin kapitallı müəssisə bu günə qədər 60 milyon manatlıq məhsul satışı həyata keçirib, bunun 1,85 milyon manatı ixracdan əldə edilib. İxrac istiqamətləri arasında Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstan yer alır.