Xəzər dənizində su səthlərinin bərpaolunan enerji mənbələri ərazisi kimi elan olunması işləri başa çatıb və yaxın günlərdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən müvafiq müraciətlər ediləcək.
Fins.az, Agentliyin direktoru Cavid Abdullayevin açıqlamalarına istinadən xəbər verir.
C. Abdullayev bildirib ki, qanun tələblərinə əsasən, ilk növbədə ərazi bərpaolunan enerji mənbələri ərazisi kimi elan olunmalıdır ki, sonra müvafiq qaydalara uyğun işlərə başlansın. “Hazırda 20-dən çox qurumla razılaşmalar əldə olunub. Biz planlaşdırırıq ki, bu ayın sonunadək müraciət edək ki, həmin ərazilər bərpaolunan enerji mənbələri ərazisi kimi tanınsın. Hazırda ölçmə işləri aparılır və bu işlər başa çatdıqdan sonra danışıqlara başlanıla bilər”, - deyə C. Abdullayev əlavə edib.