Cari ilin 10 ayında Azərbaycan 21 milyard 338 milyon kubmetr təbii qaz ixrac edib.
Fins.az, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri 6,85 milyard ABŞ dolları olub, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6,9%, dəyər baxımından isə 44,2% azalma göstərib.
Təbii qazın ümumi ixracdakı payı 30,11% təşkil edib.
Fuad Mədətov
Fins.az