SƏNAYE

19 Noyabr

Azərbaycanda magistral kəmərlərlə nəql edilən qazın həcmi açıqlanıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 32832,3 milyon kub-metr qaz nəql edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalma deməkdir.

Məlumata görə, qazın nəqlinin 57,4 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 18832,0 milyon kub-metr qaz ötürülüb.

Fuad Mədətov
Fins.az