SƏNAYE

15 Noyabr

COP29: Qazaxıstanla yaşıl enerji sektorunda mühüm razılaşmalar imzalanıb

Qazaxıstan, COP29 çərçivəsində yaşıl enerji sektorunda mühüm razılaşmalar əldə edib.

Fins.az xəbər verir ki, Qazaxıstan Energetika nazirinin müavini İlyas Bakıtcan, Qazaxıstanın 2060-cı ilə qədər karbon neytrallığına çatmaq məqsədilə yaşıl enerji layihələrinə sərmayə yatırmağa davam etdiyini açıqlayıb. Bu çərçivədə, Qazaxıstan hökuməti və Çin hökuməti arasında bərpa olunan enerji mənbələri sahəsində böyük layihələrin həyata keçirilməsinə dair saziş imzalanıb.

Həmçinin, Masdar şirkəti ilə də genişmiqyaslı bərpa olunan enerji layihələri üzrə investisiya razılaşmaları imzalanıb. Bu layihələr üzrə ümumi investisiya həcminin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Qazaxıstanın enerji keçidi planı, ənənəvi və alternativ enerji mənbələrinin balanslı inkişafını nəzərdə tutur, həmçinin ölkə qlobal karbon neytrallığı məqsədinə doğru irəliləyir.
 

Zemfira Ms
Fins.az