Ötən həftənin məlumatlarına əsasən, ABŞ-da kommersiya neft ehtiyatları gözləntiləri xeyli artaraq 2,089 milyon barel artım göstərib və ümumi ehtiyatlar 429,747 milyon barelə çatıb.
Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Analitiklər əvvəlcə ehtiyatların yalnız 400 min barel artacağını proqnozlaşdırmışdılar.
ABŞ-nin neft ehtiyatlarının miqdarı dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir, çünki ehtiyatların artması və ya azalması qlobal təklif-tələb balansına və qiymət dəyişikliklərinə təsir edə bilir. Belə ki, ehtiyatların gözləntiləri aşan bu artımı bazarda təklifi artıraraq qısa müddətdə neft qiymətlərinin azalmasına təkan verə bilər.
Fuad Mədətov
Fins.az