SƏNAYE

01 Noyabr

2030-cu ilə emissiyalar 35% azalacaq -Elnur Soltanov

Biz vəd etmişdik ki, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağıq. Lakin qeyd edə bilərik ki, 2035-ci ilə qədər emissiyalarımız 40% azalacaq.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda bildirib.

Elnur Soltanov vurğulayıb ki, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər emissiyalarımız 35% azalacaq. O, əlavə edib ki, əvvəllər vəd etdiyimiz kimi, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağımızı planlaşdırırdıq, lakin indi bunu 2035-ci ilə qədər həyata keçirəcəyik:

"Bu da imkan verir ki, biz mövcud vəziyyəti daha dərindən başa düşək və hesabatlarımız daha keyfiyyətli olsun. Hesablamalarımıza görə, 2022-ci ildə bizim emissiyalarımız 61 milyon ton karbon dioksidə bərabər olub. Bu, qlobal səviyyədə 1 faizdir. Azərbaycanda adambaşına düşən emissiyaların miqdarı dünya və Avropanın orta göstəricisindən aşağıdır. 1990-cı illə müqayisədə emissiyalarımızın xeyli azaldığını görürük".

Elnur Soltanov qeyd edib ki, enerji sektorunu 4 altsektora bölərək artıq 7 sektoru əhatə edirik. Qlobal səviyyədə qərarların verilməsi onu diktə edir ki, iqtisadiyyatın bütün sektorlarını əhatə etməliyik.

Sektorların emissiyalara olan payları:

  • Elektrik enerjisinin istehsalı: 24%
  • Evlər, binalar, infrastrukturlar: ikinci yerdədir.
  • Neft və qaz sektoru: təxminən 16%
  • Nəqliyyat sektoru: 15%
  • Sənaye: 14%
  • Tullantılar: 8%
  • Kənd təsərrüfatı: 7%

Kənd təsərrüfatında xalis rəqəmləri götürmək, meşə zolaqları və örtüyünü nəzərə almaq vacibdir.